Vladimir Putin bu fərmanın müddətini uzatdı - ÖZƏL
11 Sentyabr 2023 20:28 DünyaRusiya prezidenti Vladimir Putin Qazprom-a Avstriyanın OMV və Almaniyanın Wintershall Dea şirkətləri ilə birgə müəssisələrdən Rusiya hökumətinin müəyyən etdiyi qiymətdən yüksək qiymətə qaz və xidmətlərin alınmasını qadağan edən fərmanını uzadıb.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Əvvəllər ötən ilin dekabrında tətbiq edilən belə məhdudiyyət 2023-cü il oktyabrın 1-dək qüvvədə idi. Hazırda Putinin fərmanına əsasən, 2024-cü il oktyabrın 1-dək uzadılıb.
Avstriya kansleri Karl Nehammer ORF telekanalına müsahibəsində bildirib ki, Rusiyadan qaz almaq "xoşagəlməz"dir, lakin onun ölkəsi hələlik bundan yayına bilmir. O, həmçinin qeyd edib ki, Avstriya artıq 2022-ci ildə Rusiya qazından asılılığını azaltmağa başlayıb. Eyni zamanda o, Avstriyanın OMV neft-qaz konserninin 2040-cı ilə qədər Avstriyaya qaz tədarükünə dair Qazprom ilə müqavilələrinin olduğunu və onların Vyana tərəfindən birtərəfli qaydada ləğvinin baha başa gələcəyinə diqqət çəkib.
Bundan əvvəl Avropanın Rusiya qazından imtinası ilə bağlı əlavə xərclərinin həcmi məlum olmuşdu.