Baydenin yatmaq istəməsi mətbuat konfransını sonlandırdı
11 Sentyabr 2023 15:54 DünyaABŞ Prezidenti Co Bayden Hanoyda gecə saatlarında keçirdiyi mətbuat konfransında danışarkən yatmağa getdiyini söyləyib və qısa müddət sonra görüş başa çatıb.
Olaylar oxu.az-a istinadən bildirir ki, "Sizə belə deyəcəyəm. Sizi bilmirəm, amma mən yatmağa gedirəm", - deyə dövlət başçısı bəyan edib.
Bundan sonra zaldan jurnalistlərin sualları səslənsə də, onların sözü kəsilib və mətbuat konfransının yekunlaşdığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31