Rusiyanın Ermənistana təzyiq imkanları kifayət qədərdir - ÖZƏL
11 Sentyabr 2023 14:51 DünyaBaşı Ukrayna ilə savaşa qarışsa da Rusiyanın əlində Ermənistana təzyiq imkanları kifayət qədərdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Yusif Bağırzadə deyib ki, Ermənistanın qaz və yanacaq məhsulları ilə təminatı böyük ölçüdə Ryusiya tərəfindən həyata keçirilir:
"Düzdür Ermənistan bunu İran vasitəsilə kompensasiya edə bilər. Amma məsələ ondadır ki, Ermənistanın Qərbə yaxınlaşması İranın da maraqlarına cavab vermir. ABŞ-ı şeytan yuvası adlandıran İran üçün Ermənistanın bu ölkə ilə yaxınlaşması və başqa sözlə ABŞ üçün Cənubi Qafqaza, yəni İran sərhəddinə qapı açması heç bir halda qəbul edilən deyil. Bu isə Rusiyaya yanacaq, benzin, dizel və digər enerji məhsulları ilə təminat baxımından Ermənistana təzyiq imkanları verir. Xüsusən də üzü qışa doğru Rusyanın qiymətləri qaldırması Ermənistan üçün çox ağır nəticələr verə bilər. Buraya iqtisadiyyatın digər sahələrində Rusiyanın monopoliyasını, Ermənistan dəmir yollarının tamamilə Ryusiyanın nəzarətində olmasını və ümumilikdə iqtisadi cəhətdən Rusiyadan asılı olduğunu da nəzərə alsaq deyə bilərik ki, rəsmi Kreml Ermənistan hiddətini göstərmək və yerində oturmaq üçün bütün vasitələrdən istifadə edəcək".
Politoloq deyib ki, Ermənistanın hərəkətlərinə Rusiya rəsmiləri tərəfindən dərhal cavab verilməsi də Kremlin Ermənista, daha doğrusu Paçinyan və komandasına dair ciddi hazırlıqda olmasında xəbər verir: "Məsələn Peskov öz açıqlamasında İrəvanı açıq-aşkar hədələyib. Onun "Rusiya Ermənistanı tərk edə bilməz və Paşinyan Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını unutmamalıdır" bəyanatı faktiki olaraq Paşinyana xəbərdarlıq kimi qəbul edilə bilər".