Rusiya beş ölkəyə turist vizalarının tam ləğvini təklif edir — ÖZƏL
11 Sentyabr 2023 13:35 Dünya"Rusiya Küveyt, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı və Malayziyaya turist vizalarının tamamilə ləğvini təklif edib".
Olaylar.az xəbər verir ki, bunu İqtisadi İnkişaf naziri Maksim Reşetnikov Şərq İqtisadi Forumunda (EEF) bildirib.
"Biz vizasız səyahətə keçid mövzusunu araşdırırıq. Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri də qarşılıqlı əlaqədə olduğumuz ölkələr sırasındadır. Biz Küveyt, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı və Malayziyaya vizaların tam ləğvini təklif etdik" - Reşetnikov, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31