ABŞ və Vyetnam Ukraynada davamlı sülhün bərqərar olmasına çağırıb- ÖZƏL
11 Sentyabr 2023 13:51 DünyaOlaylar.az xəbər verir ki, ABŞ və Vyetnam Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyib. Bu barədə iki ölkə liderləri - ABŞ prezidenti Co Bayden və Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronqun birgə bəyanatında bildirilib.
"Hər iki lider Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq hərtərəfli, ədalətli və davamlı sülhün zəruriliyini vurğuladılar", - deyə Ağ Evin yaydığı sənəddə deyilir.
Sentyabrın 10-da Almaniya prezidenti Frank-Valter Ştaynmayer Berlində Müqəddəs Egidio icmasının beynəlxalq konfransının açılışında bəyan edib ki, Rusiya ilə nə vaxt sülh bağlayacağına yalnız Ukrayna qərar verməlidir.
Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo demişdi ki, İyirmilik (G20) ölkələri liderlərinin Ukrayna ilə bağlı yekun bəyanatı, əgər Ukrayna yalnız Kanadadan asılı olsa, daha sərt ola bilər. Onun sözlərinə görə, G20 son dərəcə fərqli qrupdur və bəyanat mümkün qədər sərt idi.