Rusiya İrana təhlükəli silah verə bilər - MOSSAD

İran Rusiyaya PUA-lara əlavə olaraq yaxın və uzaqmənzilli raketlər vermək niyyətindədir. Bunun müqabilində isə Rusiya İrana İsrailin varlığını təhlükə altına sala biləcək silahlar ötürə bilər.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu MOSSAD-ın rəhbəri Devid Barni deyib.

"Ehtiyat edirik ki, ruslar iranlılara çatışmayan texnikalar müqabilində bizim dincliyimizi və bəlkə də burada mövcudluğumuzu təhlükə altına qoyacaq qabaqcıl silahlar verəcəklər", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31