İqtisadiyyatın bərpası uğurla başladı və sürət qazanır - Şmıqal

Ukraynanın bərpası üçün 60 milyard qrivnadan çox (1,6 milyard dollardan çox) vəsait ayrılıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz Teleqram kanalında məlumat verib.

"İqtisadiyyatın bərpası uğurla başladı və sürət qazanır. Artıq 60 milyard qrivnadan çox vəsait sürətli bərpa işlərinə, xüsusən də minalardan təmizləmə, insanların mənzil-məişət şəraitinin bərpası, mühüm infrastrukturun bərpası və mühafizəsi üçün ayrılıb", - məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31