Rumıniyada Rusiyaya məxsus PUA qalıqları aşkarlandı

Rumıniya hərbçiləri Rusiya ordusunun istifadə etdiyi PUA-nın yeni qalıqlarını aşkar ediblər.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Dəniz Qüvvələrinin şəxsi heyəti axtarış əməliyyatları zamanı Plaurudan təxminən 2,5 km cənub-şərqdə Rusiya hərbçilərinin istifadə etdiyinə oxşar PUA fraqmentləri aşkar ediblər. Qalıqların aşkar olunduğu ərazi hərbçilər tərəfindən mühasirəyə alınıb, aşkarlanan elementlər analiz və texniki ekspertiza üçün toplanacaq", - məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31