Almaniya Kansleri Paşinyanla telefonla danışıb
9 Sentyabr 2023 14:15 DünyaErmənistan baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər.
Kansler Şolts regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, sentyabrın 9-da Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31