Yaponiya XİN rəhbəri Kiyevə gəlib
9 Sentyabr 2023 14:10 DünyaYaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Ukraynaya səfər edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Ukraynadakı səfirliyi məlumat verib.
Yaponiyanın xarici işlər naziri Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək.
Naziri Yaponiyadan iş adamları da müşayiət edir.
Qeyd edək ki, nazirin səfəri Yaponiyanın baş naziri Fumio Kişidanın Ukraynaya səfərindən altı ay sonraya təsadüf edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31