Şaurmadan 20-dən çox adam zəhərləndi, 1 nəfər öldü

Rusiyanın Kursk vilayətinin Lqov şəhərində 22 nəfər şaurmadan zəhərlənib, bir nəfər isə həyatını itirib.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") məlumat yayıb.

"Rospotrebnadzor" müştərilərin zəhərlənməsi halları ilə əlaqədar iaşə obyektinin fəaliyyətini dayandırıb.

Qeyd olunur ki, artıq xammal və məhsullardan nümunələr götürülüb və laboratoriyaya göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31