Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb - 300-dən çox yaralı var - YENiLƏNİB
9 Sentyabr 2023 11:28 DünyaMərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb.
Olaylar.az APA-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Zəlzələ nəticəsində 329 nəfər xəsarət alıb.
Qeyd edək ki, sentyabrın 9-na keçən gecə Mərakeşdə 7 maqnitadalı zəlzələ baş verib.
Zəlzələnin episentri Mərakeş şəhərindən 77 km uzaqlıqda, 10 km dərinlikdə olub.
Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 km radiusda hiss olunub.
Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.
Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.
Axtarış xilasetmə işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31