Meksikada 5,6 bal gücündə zəlzələ olub.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 130 min nəfər əhalisi olan Mansanilyo şəhərindən 80 km şimal-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.