Səudiyyə Fransa qırıcılarını ALMAQ İSTƏYİR

Hazırda Amerikanın F-15 və Avropanın "Tayfun" qırıcılarından istifadə edən Səudiyyə Ərəbistanı Fransanın "Rafale" qırıcılarını almağı düşünür.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, "Dassault Aviation" şirkətinin istehsalı olan "Rafale" qırıcıları ilə bağlı Səudiyyə Ərəbistanı müdafiə naziri və Fransa Silahlı Qüvvələr naziri arasında müzakirələr aparılıb.

Məlumata görə, Ər-Riyad potensial olaraq 200-ə yaxın təyyarə almağı planlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31