Litva Ukraynaya 4,5 milyon patron bağışladı - ÖZƏL

Litva Ukraynaya 4,5 milyondan çox patron ötürüb, çapı dəqiqləşdirilməyib.

Olaylar.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin X sosial şəbəkəsində (keçmiş Twitter) məlumatında deyilir.

"Litva Ukraynaya fasiləsiz hərbi dəstək verməkdə davam edir və bu gün dörd milyon yarım patron təhvil verib", - bəyanatda deyilir.

Müdafiə Nazirliyi hansı çaplı patronlardan söhbət getdiyini dəqiqləşdirməyib.

Bundan əvvəl Litva prezidenti Gitanas Nauseda bildirmişdi ki, Ukraynada korrupsiya ilə bağlı vəziyyət Qərbin hərbi yardımının çatdırılmasına təsir edir. O əlavə edib ki, Qərb seçiciləri dəstəklənən dövlətdə nə baş verdiyini görürlər. Nauseda korrupsiya ilə bağlı problemlərin ölkənin reputasiyasına ciddi zərbə vurduğunu vurğulayıb.

Sentyabrın 1-də Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Ukraynada atəşkəsin yalnız Rusiyanın xeyrinə olacağını bildirib.

Bundan əvvəl Kiyev etiraf etmişdi ki, gec-tez Rusiya və Ukrayna danışıqlar masası arxasına əyləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31