Türkiyə G20 sammiti ərəfəsində taxıl sazişi üzrə təmasları gücləndirir - ÖZƏL
8 Sentyabr 2023 16:16 Dünya"Hindistanda keçiriləcək G20 sammiti və Nyu-Yorkda BMT Baş Assambleyası ərəfəsində Türkiyə taxıl sazişini və Ukraynadakı vəziyyəti müzakirə etmək üçün tərəfdaşlar və maraqlı tərəflərlə təmasları intensivləşdirib".
Olaylar.az xəbər verir ki, bunu Ankaranın siyasi dairələrindəki məlumatlı mənbə bildirib.
"Türkiyə rəhbərliyi taxıl sazişinin bərpası ilə bağlı danışıqların və diplomatik səylərin intensivliyini davam etdirir. Bu təmaslar xüsusilə G20 ərəfəsində intensivləşib və BMT Baş Assambleyası ərəfəsində daha da intensivləşəcək" - mənbə, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31