Aİ Afrika İttifaqının G20-yə qoşulması ideyasını təsdiqləyib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Afrika İttifaqını İyirmilik Qrupuna (G20) qəbul etməyi səbirsizliklə gözləyir. Bu barədə Avropa Şurasının rəhbəri Çarlz Mişel Nyu-Dehlidə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, genişləndirilmiş təşkilatın bütün dünya problemlərinin həlli yollarını sürətlə inkişaf etdirəcəyini gözləmir. Buna baxmayaraq, Aİ nümayəndəsi G20-yə yeni üzvlərin qəbulunu müxtəlif münaqişələrin həlli istiqamətində mühüm addım adlandırıb.

O, həmçinin əlavə edib ki, Aİ ölkələri qarşıdan gələn G20 sammiti zamanı Ukrayna hakimiyyətinə dəstəyini ifadə etmək niyyətindədir. Üstəlik, region ictimaiyyəti bu forumdan Avropa dövlətlərinin Moskvanın hərəkətlərinə münasibətini aydınlaşdırmaq üçün başqa səbəb kimi istifadə etmək istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31