Rusiya G20 bəyannaməsində hesablaşmaların milli valyutalarla aparılacağını gözləyir — ÖZƏL
8 Sentyabr 2023 12:37 Dünya"Moskva Hindistanda keçiriləcək G20 sammitinin yekun bəyannaməsində hesablaşmaların milli valyutalarda aparılması ilə bağlı məsələləri əks etdirəcəyini gözləyir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin rəhbəri Dmitri Biriçevski bildirib.
"Əlbəttə ki, biz bu il qlobal maliyyə sistemi, milli valyutalarda hesablaşmalar məsələləri və ümumilikdə inkişaf etməkdə olan dünyanın rolunun ətraflı işıqlandırılmasını gözləyirik" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31