Türkiyənin taxıl sövdələşməsində tərəfdaşlarla intensiv əlaqələri məlum olub - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ankara G20 sammiti və BMT Baş Assambleyası ərəfəsində xarici tərəfdaşlar və taxıl sazişində maraqlı olan ölkələrlə əlaqələri aktivləşdirib. Bu barədə Türkiyənin siyasi dairələrindəki məlumatlı mənbə xəbər verir.

Məlumata görə, respublika hökuməti Qara dəniz təşəbbüsünün genişləndirilməsi üçün tədbirləri davam etdirir. Eyni zamanda, Nyu-Dehlidə keçiriləcək G20 sammiti və Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası öncəsi xüsusilə intensiv işlərə başlanıldığı bildirilir.

"Bu mövzu ilə bağlı müzakirələr Ankara və Kiyev səviyyəsində, o cümlədən, ümumilikdə Ukraynada nizamlanma yollarının tapılması məsələsi ilə bağlı davam edəcək", - deyə agentliyin həmsöhbəti əlavə edib.

Mənbə yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Vladimir Zelenski ilə görüş keçirə biləcəyini istisna etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31