"Koreyada sülhün tərəfdarıyıq"
7 Sentyabr 2023 19:13 DünyaÇin Koreya yarımadasında sülhün tərəfdarıdır və danışıqları təşviq etmək üçün səylərini davam etdirəcək.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Çin Baş naziri Li Çian deyib.
"Çin Koreya yarımadasında cənub və şimal tərəfləri arasında barışıq və əməkdaşlığın təşviqini sarsılmaz şəkildə dəstəkləyir. Çin həmişə yarımadada sülh və sabitliyin qorunmasının tərəfdarı olub. Ona görə də, danışıqlara və atəşkəsə kömək etmək üçün işləməyə davam edəcək", - Çian bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31