Tezliklə İranda hakimiyyət dəyişəcək – İsrailli nazir

Yaxın gələcəkdə İran hakimiyyəti xalq tərəfindən devriləcək.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin kəşfiyyat naziri Gila Qamliel Londonda farsdilli media nümayəndələri ilə görüşü zamanı deyib.

"Hazırkı hakimiyyətin təsəvvür etdiyimizdən daha tez devriləcəyinə ürəkdən inanıram. İran xalqı artıq buna hazırdır və bu dəyişiklik xalqın əli ilə baş tutacaq. Gələcəkdə İsrail iranlıların ekoloji problemləri, su qıtlığı, kənd təsərrüfatı, yeni texnologiya çatışmazlığı, səhiyyə, hava çirkliliyi kimi problemlərinin aradan qaldırılmasına yardım edəcək",- nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31