Ərdəbildə tarixi abidə məhv olur

Ərdəbil şəhərində Elxani dövründə inşa edilən tarixi "Mənsuriyyə" hamamı yox olmaq üzrədir.

Olaylar.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat paylaşıblar.

Onların sözlərinə görə, ötən ilin iyul ayında baxımsızlıq ucbatından bir hissəsi uçan abidənin bərpası üçün tədbir görülmür.

Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatı abidənin bərpa edilməməsinin səbəbini vəsait çatışmazlığı ilə əlaqələndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31