Fransa qoşunların Nigerdən çıxarılması üçün şərtini açıqlayıb - ÖZƏL

Fransa devrilmiş prezident Məhəmməd Bazumun taleyini bilənə qədər Nigerdən qoşunlarını çıxarmayacaq. Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb .

Telekanalın məlumatına görə, Paris Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançılarla davamlı danışıqlar aparır, onlar Afrika dövlətinin ərazisindən Fransa artilleriyasının və təyyarələrinin çıxarılmasını müzakirə edirlər.

Sentyabrın 6-da France24 telekanalı xəbər verib ki, Fransa hərbi aviasiyasının, o cümlədən pilotsuz təyyarələrin bir hissəsini Niger ərazisindən çıxarmaq niyyətindədir. Qeyd olunur ki, Fransa hakimiyyəti pilotsuz təyyarələrin əksəriyyətini Nigerdən çıxarmağı və cihadçılarla mübarizə üçün istifadə olunan təyyarələrin mövcudluğunu məhdudlaşdırmağı planlaşdırır.

Bundan əvvəl nigeriyalı üsyançılar Fransadan qoşunların ölkədən çıxarılması üçün qrafik təqdim etməyi tələb ediblər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31