Bryansk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarə vurulub - ÖZƏL
7 Sentyabr 2023 15:38 Dünya"Ukraynaya məxsus pilotsuz uçan aparat Ukrayna ilə həmsərhəd Bryansk vilayətində vurulub".
Olaylar.az xəbər verir ki, bunu bölgənin qubernatoru Aleksandr Boqomaz bildirib. "Ukraynalıların gecə saatlarında pilotsuz uçuş aparatından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Rusiya Müdafiə Nazirliyinin qüvvələri Bryansk rayonu üzərində pilotsuz uçuş aparatını məhv edib. Heç kim xəsarət almayıb, ziyan dəyməyib" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31