Çin dövlət qulluqçularına iPhone istifadə etməyi qadağan edəcək - ÖZƏL
7 Sentyabr 2023 15:21 DünyaÇin iPhone-un istifadəsinə qoyulan qadağanı dövlət şirkətləri və departamentlərinə şamil etməyi planlaşdırır.
Bundan əvvəl Çin milli təhlükəsizlik məsələləri ilə bağlı bəzi dövlət qurumlarında iPhone və digər Apple cihazlarının istifadəsini qadağan etmişdi. İndi Pekin bu qadağanı çoxsaylı dövlət şirkətləri və təşkilatlarına şamil etmək niyyətindədir.
İndiyədək bununla bağlı rəsmi yazılı əmr olmayıb, lakin bir sıra departamentlər artıq işçilərə iPhone-u iş yerinə gətirməmək barədə göstəriş verməyə başlayıblar. Təlimatlar həm görüşlər zamanı, həm də messencerlər vasitəsilə qəbul edilir.
Qadağanın təsirinə məruz qala biləcək şirkət və qurumların dəqiq sayı məlum deyil.
Pekinin qərarı Çinin əsas xarici bazarlardan biri olduğu Apple-a ciddi zərbə vura bilər.
Bundan əlavə, Foxconn və digər Apple tərəfdaşlarının zavodları məhz Çində yerləşir, burada iPhone və şirkətin digər cihazlarının əsas hissəsi istehsal olunur.
iPhone-a qadağanın yayılması Çin hakimiyyətinin ABŞ və Çin arasında artan texnoloji qarşıdurma fonunda ölkənin Amerika texnologiyasından asılılığını azaltmaq siyasəti ilə bağlıdır .