Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyə davam edir - ÖZƏL
7 Sentyabr 2023 15:20 Dünya"Rusiya taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi üzrə işlər müəyyən edilmiş qrafikə uyğun olaraq davam edir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Belarusda Rusiya taktiki nüvə silahlarının yerləşdirilməsi Rusiya prezidentinin qeyd etdiyi qrafikə uyğun olaraq həyata keçirilir. Hazırda müvafiq infrastrukturun yaradılması, müvafiq daşıyıcıların yenidən təchiz edilməsi baxımından bir neçə mərhələ başa çatıb" - o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31