Rusiya humanitar məsələlərdə ABŞ-la əlaqə saxlayır — ÖZƏL
7 Sentyabr 2023 15:19 Dünya"Moskva humanitar məsələlərdə Vaşinqtonla əlaqə saxlayır, lakin əsas mövzular üzrə dialoq yoxdur, Rusiya buna təşəbbüs göstərməyəcək".
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Müxtəlif aspektlər üzrə işçi səviyyəsində təmaslar var. Biz təbii ki, humanitar məsələlər, viza işləri, xarici nümayəndəliklərin fəaliyyəti və vətəndaşlar üçün konsulluq xidmətləri ilə bağlı məsələlərin bütün spektrini nəzərdən keçirməyə davam edirik. Bunlar Mütləq dövlətlər və hökumətlər arasında münasibətlər çərçivəsində həll edilməli olan məsələlərdir" - nazir müavini vəziyyəti belə izah edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31