Qırğızıstan ictimai yerlərdə  niqabın qadağan edilməsini təklif edir - ÖZƏL

Qırğızıstanlı deputat Şarapatkan Majitova Qırğızıstan parlamentinin iclası zamanı ictimai yerlərdə niqab taxmağı qadağan etməyi təklif edib. 

Majitovanın sözlərinə görə, Özbəkistanda artıq ictimai yerlərdə üzü örtən paltarın geyinilməsini qadağan edən müvafiq qanun qəbul edilib. Çünki bu, şəxsin şəxsiyyətinin müəyyən edilməsi prosesini çətinləşdirir.

"Bizə də bu qanun lazımdır. Bir çox insan çadra taxmağa başladı. Qoy çadra taxsınlar, amma üzlərini örtməsinlər. Bu, çox təhlükəlidir", - deyə deputat izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31