Dünyanın gözü Türkiyənin seçimində- ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyədəki prezident və parlament seçkiləri bütün dünyada maraqla izlənilib. Beynəlxalq xəbər agentlikləri baş verənləri "Son dəqiqə" kodu ilə paylaşıblar. Seçkilərdə yüksək iştirak nisbəti də qeyd olunub. Britaniyanın Reuters, Amerika Associated Press və Fransanın France-Press xəbər agentlikləri seçki prosesini geniş işıqlandırıblar. Agentliklər səsvermə prosesini və ondan sonra verilən açıqlamaları canlı yayımlayırlar. Seçkilərlə bağlı yeniliklər son anda abunəçilərə çatdırılır. Qətər mərkəzli Əl-Cəzirə media qurumu Türkiyədəki seçkiləri dəqiqə dəqiqə canlı blokdan açaraq təqib edib. Seçki ilə bağlı ümumi məlumat verən "The New York Times" 5 milyon gənc seçicinin ilk dəfə seçkiyə getdiyini vurğulayıb. İtaliyanın ANSA xəbər agentliyi seçki ilə bağlı xəbərlərində TRT-nin yayımlarına istinad edib. Seçkilərdə yüksək fəallıq dünya mətbuatında da yer alıb. Qərb ölkələrinin iştirak nisbətinə görə Türkiyədən geri qaldığı şərh edilib. Middle East Eye tərəfindən edilən xəbərdə seçkilərdə sıx iştirakın olduğu vurğulanıb. İngiltərənin "The Guardian" qəzeti seçkilərə marağın yüksək olduğuna diqqət çəkib. İsveçdə çıxan "Dagens Nyheter" qəzeti də iştirak nisbətinin rekord səviyyədə olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31