Türkiyədə seçkilər ikinci tura qala bilər? - ÖZƏL
15 May 2023 10:44 Dünya"Türkiyədə prezident seçkisinin yekun nəticəsi böyük ehtimalla ikinci turda bəlli olacaq. Rəqəmlər birinci turda qalibin müəyyənləşməyəcəyini göstərir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Akşin Kərimovun sözlərinə görə, ikinci tur olsa, Rəcəb Tayyib Ərdoğanın Sinan Oğanın dəstəyini ala biləcəyi ehtimal oluna bilər: " Ancaq hər ehtimala qarşı bütün versiyaları göz önündə tutmalıyıq. Beləliklə, Ərdoğan qalib gəls, Türkiyə dünya arenasında və regional tabloda yeni mərhələsini güclü şəkildə yaşayacaq.Türkiyədə Ərdoğan təkpartiyalı hakimiyyətini möhkəmləndirmək üçün Konstitusiya dəyişiklikləri edə bilər. Proqnozum belədir ki, Ərdoğan Konstitusiya dəyişikliyini gündəmə gətirəndə özünün fəxri liderliyi üçün rəsmi status qazanmağa çalışacaq və varislik yolu ilə hakimiyyətin ötürülməsinə cəhd edəcək. Kılıçdaroğlu qalib gəlsə, gücləndirilmiş parlament idarəçiliyinə qayıdışa başlayacaq, lakin bunun problemsiz olacağını düşünmək yanlışdır.Türkiyədə hazırda mövcud olan mənzərəni miras alacaq və idarəetmədə xeyli çətinliklərlə üzləşəcək. Avropa və ABŞ-yə daha az "döyüşkən" münasibət bəsləyəcək, hərçənd bunu anti-Rusiya stilində etməyəcək. Türkiyənin iradəsindən kənar bir çox xarici amillər dövləti xarici siyasətində mürəkkəb portfelini sadələşdirməyəcək. Buna görə də, istər Ərdoğan, istərsə də, Kılıçdaroğlu - kim qalib olsa - Türkiyə Qərblə Rusiya arasındakı rəqabətdən dolayı mürəkkəb balanslaşdırma aktından qaça bilməyəcək. Türkiyənın gələcək iqtidarının xarici siyasət komandası və Türkiyənin xarici siyasətinə dair aydın, davamlı və uzunmüddətli baxış formalaşdırmalıdır ki, dövlətə olan təhdidlərdən üzüağ, alnıaçıq çıxsın".