AKP iqtidarı mürəkkəb bir şəraitdə demokratik və şəffaf bir seçki prosesi təşkil edib - ÖZƏL

Türkiyədə prezident və 28-ci dönəm parlament seçkiləri başa çatdı. Seçkilərin ilkin nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğan 49 faiz səslə öndədir. Eyni zamanda Onun rəhbərlik etdiyi partiya da Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə üstünlük qazanıb və seçkinin qalibi olub.

"OLAYLAR"-ın xəbərinə görə, Türkiyədəki seçkilərlə bağlı fikirlərini ifadə edən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, AKP iqtidarı çox mürəkkəb bir şəraitdə demokratik və şəffaf bir seçki prosesi təşkil edib: "Nəticələrə əsasən deyə bilərik ki, Türkiyə bu cür demokratik seçki təşkil etməklə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu nümayiş etdirdi. Ərdoğanı diktatorluqda ittiham edən qaragüruhçular indi bilsinlər ki, əgər Ərdoğan iddia etdikləri kimi həqiqətən də diktator olsaydı, onda ötən gün biz bu ölkədə belə demokratik seçkilərə şahidlik edə bilməzdik. Odur ki, bədxahların uydurmalarına, qarayaxmalarına yox, real müşahidələrə əsaslanmalıyıq, inanmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31