Əkrəmin məntəqəsindən inanılmaz nəticə: Ərdoğan çıxdı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun qeydiyyatda olduğu seçki məntəqəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birinci olub.

Olaylar.az axar.az-a istinadən bildirir ki, məntəqədə səslərin sayılmasından sonra Cümhur İttifaqından prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan 163, Millət İttifaqından prezidentliyə namizəd Kamal Kılıçdaroğlu 138, ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğan 12, namizədliyini geri götürmüş Məhərrəm İncə isə 1 səs alıb.

İki səs iki etibarsız sayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31