KTMT əməkdaşlığın qurulması ilə bağlı bütün lazımi formatlara malikdir - Zaxarova

Rəsmi İrəvan tərəfindən KTMT-nin ünvanına ictimai şəkildə səsləndirilən tənqidləri qeyri-məhsuldar hesab edirik.

Olaylar.az trend-ə istinadən bildirir ki, bunu çərşənbə günü həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Ermənistan rəhbərliyinin təşkilatın səmərəliyini onun özündən kənarda müzakirə etmək səyləri çaşqınlıq yaradır. KTMT əməkdaşlığın qurulması ilə bağlı bütün lazımi formatlara malikdir. Ən başlıcası isə, bu təşkilatın, strukturun iştirakçıları nəyinki bunları dinləməyə, həmçinin bu istiqamətdə işləməyə də hazırdırlar", - o qeyd edib.

Qeyd edək ki, bu yaxınlarda Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan KTMT ilə münasibətlərində çətinliklər olduğunu açıqlayıb.

"Hesab edirik ki, KTMT Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi. Keçən il biz KTMT-nin sammitinə ev sahibliyi etdik, lakin təəssüf ki, mühüm qərarlar üzərində konsensusa gələ bilmədik. Biz mövqeyimizi, təşkilatdan narazılığımızı bildirdik", -deyə Paşinyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31