İnterpoldan bir ilk: İctimaiyyətdən kömək istədilər- ÖZƏL
10 May 2023 14:46 DünyaOlaylar.az xəbər verir ki, İnterpol polisi ilk dəfə olaraq 1976-2019-cu illər arasında 3 müxtəlif ölkədə qətlə yetirilən, lakin kimliyi məlum olmayan 22 qadının şəxsiyyətini müəyyənləşdirmək üçün ictimaiyyətə müraciət edib. İnterpol 22 qadının robot şəkillərini və hər qadının fiziki xüsusiyyətlərini, aksessuarlarını, geyimlərini və videolarını öz internet səhifəsində paylaşaraq şəxsiyyətin müəyyən edilməsi üçün "Məni Tanı" əməliyyatına başlayıb.
Əməliyyatın təqdimat videosunda "Taxtların Oyunu" serialında rol almış aktrisa Carice van Houten, aktrisa Veerle Baetens, musiqi artistləri S10 və Axelle Red, boks üzrə çempion Regina Halmich və idman jurnalisti Katrin Müller-Hohenstein çəkilib. Təqdimat kampaniyasında Carice van Houtenin sözləri yer alıb. "22 qurbanın əksəriyyəti vəhşicəsinə öldürülüb. Bəziləri isə ölməzdən əvvəl zorakılığa məruz qalıb".
Qətlə yetirilən qadınların bəzilərinin Şərqi Avropanın müəyyən bölgələrindən gəldiyindən şübhələnən İnterpol, şəxsiyyətin müəyyən edilməsinin qatillər haqqında dəlil ola biləcəyini vurğulayıb.