NATO-nun təhlükəsizlik maraqları Avropanın hüdudlarını aşıb - ÖZƏL
10 May 2023 11:48 Dünya"NATO Avropanın tamamında möhkəmlənib, növbəti hədəf Ukraynanın təşkilata üzvlüyünü təmin etməkdir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, bu çətin olacaq:
"Çünki Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edir. Müharibə bitməyənə qədər Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü problematikdir. Ancaq müharibə bitdikdən sonra Ukraynanın NATO-ya üzvlüyü aktuallaşacaq və bu məsələ müsbət həll ediləcək".
Politoloq qeyd edib ki, NATO-nun təhlükəsizlik maraqları Avropanın hüdudlarını aşıb:
"Suriya və Liviyadakı müharibələr göstərdi ki, NATO ölkələri Avrasiya bölgəsindəki təhlükəsizlik məsələlərinə də diqqət ayırmaq məcburiyyətindədirlər. NATO Əfqanıstandakı əməliyyatda da iştirak edirdi. NATO-nun fəaliyyət dairəsini genişləndirməsi Rusiya və Çini narahat edir".