Rusiya Polşaya etiraz edəcək - ÖZƏL
10 May 2023 11:33 Dünya"Polşa hakimiyyəti rus diplomatlarına qarşı təxribata göz yumdu, ona görə də Moskva bu vəziyyətə görə Varşavaya qəti etiraz edəcək".
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda verilib.
Xarici İşlər Nazirliyi bildirib ki, izdiham Rusiya diplomatlarını Varşavadakı Sovet Hərbi Qəbiristanlığına gül-çiçək dəstələri qoymaq üçün getməyə qoymayıb:
"Səfirlik tərəfindən planlaşdırılan mərasimlə bağlı Polşa Xarici İşlər Nazirliyi əvvəlcədən məlumatlandırılıb. Lakin Polşa hakimiyyəti etirazçıların təxribatçı hərəkətlərinin qarşısını almayıb. Polşa tərəfinə kəskin etiraz ediləcək", - nazirlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31