NATO Tokioda ofis açmağı planlaşdırır- ÖZƏL
10 May 2023 11:23 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın Vaşinqtondakı səfiri Tomita Koji NATO-nun ölkəsi ilə əməkdaşlığı gücləndirmək üçün Tokioda əlaqə ofisi açmağı planlaşdırdığını açıqlayıb.
Səfir Tomita xidmət etdiyi Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu ay keçiriləcək G7 Zirvə toplantısına və son NATO-Yaponiya münasibətlərinə toxunub. Yaponiya ilə əməkdaşlığı gücləndirmək üçün NATO-nun paytaxt Tokioda əlaqə bürosu açmağı planlaşdırdığını qeyd edən Tomita bu istiqamətdə çalışdıqlarını bildirib. Çinin artan nüfuzu, Rusiya-Ukrayna böhranı və Şimali Koreyanın raket təhdidləri qarşısında Tomita xatırladıb ki, G-7 sammitinin mövzusu "qaydalara əsaslanan beynəlxalq nizamı gücləndirmək"dir. Mayın 19-21-də Yaponiyanın cənub-qərbində yerləşən Xirosima şəhərində "Böyük Yeddilik" liderlərinin sammiti keçiriləcək.