Məhkəmə Pakistanın keçmiş baş naziri İmran Xanın həbsini qanuni hesab edib

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanın məhkəmə binasında həbs edilməsini təsdiqləyib.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə "Dawn" qəzeti xəbər verib.

Məlumata əsasən, hüquq-mühafizə orqanları Pakistanın milli hesabat bürosu tərəfindən 2023-cü il mayın 1-də keçmiş baş nazirin həbsinə order əsasında hərəkət ediblər. İ.Xan korrupsiyada və ona və həyat yoldaşına məxsus "Al Qadir Trust" fondundan çirkli pulların yuyulmasında istifadə etməkdə ittiham olunurdu.

Nəşr bildirib ki, sabiq baş nazir İ.Xanın rəhbərlik etdiyi hökumət dövründə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılması üçün adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi almaqda ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31