"Ukraynanın Alyansa qatılmasını dəstəkləyirik"

NATO-nun bütün üzvləri Ukraynanın Alyansa qatılmasını dəstəkləyir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, əsas məsələ vaxtdır, ona görə də tam üzvlüyün vaxtı məlum deyil:

"NATO-ya üzv dövlətlər Ukraynaya blokun qüvvələri ilə qarşılıqlı fəaliyyətin təmin edilməsində, müdafiə və təhlükəsizlik institutlarında islahatların aparılmasında və təkmilləşdirilməsində kömək edirlər. NATO-nun qapıları hər zaman açıqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31