Moskvada 20 ilin ƏN QISA PARADI
9 May 2023 19:11 DünyaMoskvada keçirilən bugünkü parad son 20 ilin ən qısa paradı olub. Parad cəmi 45 dəqiqə davam edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə OSİNT analitiklərinin hesabatında qeyd olunub.
Analitiklər bildirib ki, bu gün Qırmızı meydandan kerçən texnikaların sayı 2021-ci illə müqayisədə 4 dəfə az olub. Bu paradda cəmi 51 texnikanın keçidi olub. 2021-ci ildə isə 197 texnika keçmişdi.
Bundan başqa, Moskvadakı paradda Rusiyanın döyüş tanklarının keçidi baş tutmayıb. Paradda yalnız T-34-85 tankı keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31