"Sudanda atəşkəsə kifayət qədər riayət edilmir"

Sudanda atəşkəs rejiminə tam əməl edilmir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı BMT baş katibinin nümayəndəsinin müavini Farhan Haq deyib.

"Aydındır ki, hələ də davam edən döyüşlərin əlamətləri var. BMT-nin Ümumdünya Ərzaq Proqramının Xartumdakı ofisinin talan edilməsini artıq qeyd etdim.

Məlumdur ki, (atəşkəsə - red.) bizim istədiyimiz şəkildə əməl edilmir", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31