Daha iki lider Rusiyada: paradda İŞTİRAK EDƏCƏK
8 May 2023 21:25 DünyaÖzbəkistan Prezidenti Şövkət Mirziyayev və Belarus Prezident Aleksandr Lukaşenko 9 May Qələbə paradında iştirak edəcək.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, hər iki lider paradda iştirak etmək üçün artıq Moskvaya gəlib.
Qeyd edək ki, ötən gün Qırğızıstan lideri Sadır Japarov, bu gün səhər saatlarında isə Ermənistan Baş naziri Paşinyan Moskvaya səfər edib. Onların da paradda iştirak edəcəyi elan edilib.
Xatırladaq ki, bundan öncə yalnız Qırğızıstan Prezidenti paradda iştirak edəcəyini təsdiqləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31