G7 ölkələri “fırıldaqçılıq praktikası” ilə mübarizəni gücləndirmək niyyətindədir - "Finənşl Tamys"
8 May 2023 19:06 DünyaG7 ölkələri Putinin "kölgə donanmasından" istifadə edərək, Rusiyaya neftin müəyyən edilmiş qiymətdən yuxarı ticarətinə imkan verən "fırıldaqçılıq praktikası" ilə mübarizəni gücləndirmək niyyətindədir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Finənşl Tamys"ın məlumatında bildirilib.
Qeyd olunub ki, G7 ölkələri təcavüzkarın Rusiya neft sənayesinə qarşı sanksiyalardan və xüsusən də neftin qiymətinin tavan mexanizmindən yan keçməsinin qarşısını almaq üçün tədbirlər hazırlayır. Bu tədbirlər G7-nin maliyyə nazirlərinin bu həftə Yaponiyada keçiriləcək görüşündə müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31