NATO-nun Yaponiya ofisi Asiyadakı sabitliyi pozan tikandır - ÖZƏL
8 May 2023 16:19 Dünya"Global Times" qəzeti NATO-nun Asiyada ilk ofisinin Yaponiyada açılmasını tənqid edən məqalə dərc edib . Çinli analitiklərin fikrincə, bu ofis Asiyanın bədənində zəhərli tikana çevriləcək. Çünki o, regionu parçalayır və təhlükə yarada bilər.
"NATO-nun Yaponiyadakı əlaqə ofisi artıq simvolik deyil. Çin ətrafında sözdə təhlükəsizlik sisteminin yaradılması istiqamətində ciddi addımdır ", deyə nəşr vurğulayıb.
Qeyd olunur ki, NATO blokunun yaradılması siyasi kriteriyalar əsasında baş verir. NATO üzvü olmayan ölkələr üçün isə blokun böyüməsi təhlükə yarada bilər.
"NATO Avropada imperiyalar və hegemonlar arasında təsir dairələri uğrunda uzun müddət davam edən Avropa mübarizəsi nəticəsində yaranıb. Belə bir mübarizə Avropanı qlobal hərbi fəlakətlərin vətəninə çevirdi. Bu model Asiyada tətbiq olunarsa, dini, sosial-tarixi adət-ənənələri və siyasi sistemləri baxımından fərqli olan region ölkələrinin ümumi təhlükəsizlik nizamı tapmaq səylərini sarsıdacaq".