Avropa yeraltı anbarı doldurmaq üçün qaz ala bilmir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Bu ilin may ayının əvvəlində Avropa ölkələri yeraltı anbarlarda həcmləri artırmaq üçün təbii qazı bu müddət üçün ənənəvi tariflərlə müqayisədə daha az almağa başlayıblar. Bloomberg-in məlumatına görə , azalma qazın birja qiymətlərinin ucuzlaşmasına baxmayaraq baş verib. 

Belə dinamikanın səbəblərindən biri böhrandan sonra qaz və digər enerji resurslarının istehlakının ləng bərpası olub. Qeyd olunub ki, belə bir şəraitdə yanacağın səhmlərinin qiymətlərinin daha da aşağı düşməsini gözləmək ev təsərrüfatları və müəssisələr üçün daha sərfəlidir.

Mayın 6-da Avropa Komissiyasının (AK) vitse-prezidenti Maros Şefçoviç xəbər verdi ki , Avropa İttifaqı(Aİ) ölkələrə gələn istilik mövsümü üçün anbarlarını doldurmaqda kömək etmək üçün birgə qaz alışı mexanizmini işə salır. Bundan əlavə, bu tədbir sayəsində yanacağın qiymətinin aşağı düşəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31