"Vaqner" gedir, "Əhməd" gəlir - Kadırov AÇIQLADI
5 May 2023 23:16 Dünya"Əhməd" xüsusi təyinatlıları Baxmutda "Vaqner" döyüşçülərinin mövqelərini tutmağa hazırdır.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.
"Bəli, əgər böyük qardaş Priqojin və "Vaqner" gedərsə, onda Baş Qərargah təcrübəli döyüş bölməsini itirəcək, kiçik qardaş Kadırov və "Əhməd" isə Baxmutdakı yerini tutacaqlar", - deyə Kadırov bildirib.
Qeyd edək ki, Priqojin sursat çatışmazlığı səbəbindən "Vaqner" qruplaşmasının mayın 10-da Baxmutdan çıxacağını söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31