"İstəyirsinizsə, məni güllələyin!"
5 May 2023 20:56 DünyaErmənistan hərbi tribunalın yaradılması məsələsinə baxılır.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Çexiyada erməni icması ilə görüşündə deyib.
"Ermənistanda ixtisaslaşmış məhkəmələr var. Gündəliyə hərbi tribunalın yaradılması məsələsi də daxildir", - deyə Paşinyan bildirib.
Erməni baş nazir həmçinin özünün mühakimə olunması məsələsini şərh edib:
"Siz demək istəyirsiniz ki, mən mühakimə olunmağıma və güllələnməyimə razı olmalıyam? 2020-ci il müharibəsində xalq qarşısına çıxdım və dedim: Əgər hesab edirsinizsə ki, məni güllələmək lazımdır, o zaman mən divara söykənərəm. Əgər hansısa zamanda xalq buna qərar versə, hazıram. İstəyirsinizsə, güllələyin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31