Bir vaxtlar terrorçu yuvası olan Qabar dağı bundan sonra nefti ilə tanınacaq - Ərdoğan
5 May 2023 16:43 DünyaBir vaxtlar terrorçu yuvası olan Qabar dağı bundan sonra nefti ilə tanınacaq.
Olaylar.az TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda çıxışı zamanı bildirib.
Prezident onu da qeyd edib ki, 21 il ərzində Vana 96 milyard lirəlik dövlət investisiyası yatırılıb və bundan sonra da Vanın inkişafı üçün dəstəklər davam edəcək.
Qeyd edək ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31