Rusiya yaşayış binasını vurdu: 23 ölü... - VİDEO

Rusiya ordusu Çerkaska vilayətinin Uman şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, raket zərbəsi nəticəsində 6 nəfər həlak olub, 17 nəfər isə yaralanıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

***

Uman şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi nəticəsində ölənlərin sayı 23-ə çatıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çerkaska vilayət hərbi administrasiyasının rəhbəri İqor Taburets bildirib.

Onun sözlərinə görə, binadakı 46 mənzildən 27-si dağılıb.

O, həmçinin deyib ki, hazırda xəstəxanada 9 yaralı var, onlardan 3-nün vəziyyəti orta-ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31