"Pul üçün bərbad işlər gördüm"

Hollivud ulduzu Nikolas Keyç kasıblıqdan və borclardan qurtulmaq üçün aşağı səviyyəli filmlərdə oynadığını etiraf edib.

Olaylar.az lent.az-a istinadən bildirir ki, aktyor işləməyi özünə qurtuluş yolu olaraq gördüyünü deyib.

O həddən artıq bahalı mülklər satın aldığı üçün borca düşdüyünü qeyd edib. Bu mülklər Almaniyada, Britaniyada, Ameriakada yerləşir.

"Çətinliyə baxmayaraq, heç vaxt iflas etdiyimi bildirmədim. Las- Veqasa köçdüm və ildə 4-5 filmə çəkildim. Bu yolla borclardan xilas oldum. Amma çəkildiyim filmlər bərbad idi. Bərbad işlər gördüm",- deyə qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31